Əsas Səhifə > Milli komandalar > İslamiada: Azərbaycan futzal millisinin oyunlarının təqvimi bəlli olub
İslamiada: Azərbaycan futzal millisinin oyunlarının təqvimi bəlli olubDünən, 13:16 |
![]() Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal matçlarının təqvimi müəyyənləşib. BrendSport.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, bundan 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gələcək. A qrupu 4 noyabr Liviya – Azərbaycan Səudiyyə Ərəbistanı - Özbəkistan 6 noyabr Özbəkistan – Azərbaycan Səudiyyə Ərəbistanı – Liviya 8 noyabr Səudiyyə Ərəbistanı – Azərbaycan Özbəkistan – Liviya. Geri qayıt |