Afrikalı futbolçu Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.
BrendSport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.
P. Andrade 2020/2021-ci illər mövsümündə Premyer Liqada iki klubun formasını geyinib. Afrikalı oyunçu 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da 8 matçda iştirak edib.
Facebook-da paylaş





















