Əsas Səhifə > Maraq > Afrikalı futbolçu Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib
Afrikalı futbolçu Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçiribBu gün, 10:37 |
![]() Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub. BrendSport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib. Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub. P. Andrade 2020/2021-ci illər mövsümündə Premyer Liqada iki klubun formasını geyinib. Afrikalı oyunçu 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da 8 matçda iştirak edib. Geri qayıt |