"O vaxtlar idman seçimi olmurdu, hamı futbol oynayırdı"
Kamal Babakişiyev 1955-ci ildə İsmayıllı rayonunda anadan olub. ADPU-nu fərqlənmə diplomu ilə bitirib. 17 il ADPU-nun Şamaxı filialında müəllim kimi işləyib. Hazırda Şamaxı Texniki Humanitar Təmayüllü liseydə çalışır.
10-a yaxın elmi məqalə və testlərin müəllifidir. Dəfələrlə icra hakimiyyəti və təhsil nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub. Tələbələri müxtəlif peşə sahibləridir.
Kamal müəllimin idmana olan münasibətini öyrəndik.
"İdman cavanlığın bir dəbi, qocalıqda isə həyatı uzatmaq amili. Yadıma düşür uşaq vaxtı top qovmağımız. Top da ki, nə top çitdən yumurlayıb top düzəldib oynayırdıq. O vaxtlar idman seçimi olmurdu, hamı futbol oynayırdı. Həm maraqlı, həm də sərfəli. Kim ki, rayondan Bakıya futbola baxmağa gedərdi gəlib düz bir ay ondan danışardı (gülür). İndi nə var ki, hər tində bir idman zalı. Özümün də həmişə idmançı tələbələrimə hörmətim və dəstəyim olub. Bütün idmançılarımıza uğurlar arzulayıram".
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş