Uşu-sanda ilə peşəkar formada məşğul olur

Tural Xəlilli 1991-ci ilin mart ayının 21-də anadan olub. Şərq əlbəyaxa döyüş növlərindən olan uşu-sanda ilə peşəkar formada məşğul olur. Tural artı bu universal döyüş növündə I dan qara kəmər sahibidir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. 2007-ci ildə İtalyada və 2009-cu ildə Amerika Birləşmiş Ştatlarında (Bahama) keçirilən dünya çempionatlarının qızıl mükafatına layiq görülüb.
Hazırda "Action Academy"ada Sayın Fərhadın rəhbərliyi altında kaskadyor kimi fəaliyiyyət göstərir. Bu sahədə "Baryer" filmində də rol alıb.
Tural deyir ki, "idman və aktyorluq, bu iki çətin sənəti bir yerdə cəmləşdirmək insanda güclü psixoloji enerji tələb edir. Biz də çalışırıq ki, bu sahəni layiqincə inkişf etdirək".
Alxas Məmmədov



Facebook-da paylaş
