Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycan şahmatçısı 8-ci pilləyə yüksəlib



Azərbaycan şahmatçıları Serbiyanın Vrnyaçka Banya şəhərində təşkil olunan 23-cü şəxsi Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

BrendSport.az
xəbər verir ki , VII turda Əhməd Əhmədzadə, Namiq Quliyev, Vüqar Rəsulov, Riad Səmədov, Elmar Atakişiyev, Nail Bəşirli qələbə qazanıb.

Nicat Abbasov, Vüqar Əsədli, Ülvi Sadıqov, Aydın Süleymanlı, Vüqar Manafov, Xaqan Əhməd, Məhəmməd Muradlı, Şahin Vəliyev görüşlərini heç-heçə ilə başa vurublar.

Misrətdin İsgəndərov, Xəzər Babazadə, Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşib. Abdulla Qədimbəyli və Eltac Səfərlinin rəqibləri qarşılaşmaya çıxmayıblar.

Hazırda iti zəka sahiblərindən ən yaxşı göstərici Nicat Abbasova məxsusdur. 27 yaşlı qrossmeyster bir pillə irəliləyərək 5,5 xalla 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatı martın 14-də başa çatacaq. Turnirdə 40 ölkədən 480-dən çox şahmatçı mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş