Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

BrendSport.az
xəbər verir ki, turnirin ikinci günündə kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə təsnifat yarışlarında güclərini sınayacaqlar.

Yarışlarda rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edəcək.

Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.


Facebook-da paylaş

Xəbəri paylaş