Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək
Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək.
BrendSport.az xəbər verir ki, qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 48 ölkədən 173 idmançı iştirak edəcək.
Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.
Facebook-da paylaş