Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilib
Bakıda, Milli Gimnastika Arenasında “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilib.
BrendSport.az xəbər verir ki, turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparır.
Yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edirlər.
Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
AZƏRTAC
Facebook-da paylaş