Rusiyalı qapıçı "Qarabağ"a cari mövsümün sonunda keçə bilər
Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyov "Qarabağ"a bu ilin yayında keçə bilər.
BrendSport.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiperin agenti Anton Smirnov "RB Sport"a açıqlama verib.
O bildirib ki, bütün variantlar cari mövsümün sonunda yenidən nəzərdən keçiriləcək: "BASE agentliyi ilə əməkdaşlıq müqaviləsi bağladıq. Böyük Britaniyadan təkliflər gözləyirik. Türkiyə variantı qalır. Eyni zamanda, "Qarabağ"ı da istisna etmirəm".
Qeyd edək ki, Andrey Lunyovun "Qarabağ"a keçidi zədə səbəbindən baş tutmayıb.
Facebook-da paylaş