Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağı keçirilib
Fevralın 8-də Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağı keçirilib.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Yığıncaq iştirakçılarını salamlayan Asossiasiyanın üzvü Həmdiyyə Məmmədov yığıncağın gündəliyi barədə məlumat verib.
Yığıncaqda Azərbaycan Karate Federasiyaları Asossiasiyasının rəhbərliyinə seçkilər keçirilib. Asossiasiyanın prezidenti vəsifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər. Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.
Yığıncaqda Azərbaycan Karate Federasiyaları Asossiasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Sonda Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək Asossiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Facebook-da paylaş