Azad Rəhimov vətəndaşlarla görüşəcək
Gənclər və idman naziri Azad Rəhimov sabah - noyabr ayının 3-də Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər.
BrendSport.az saytı xəbər verir ki, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev meydanı-1, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Facebook-da paylaş