Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Daha bir futbolçumuz ölkə xaricinə gedir - 2 ölkədən təklif aldı




Daha bir azərbaycanlı futbolçu ölkə xaricində çıxış edə bilər. Söhbət "Səbail"in və 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Manafovdan gedir.

BrendSport.az -ın əldə etdiyi məlumata görə, gənc futbolçumuza 2 ölkədən təklif var.

Belə ki, Türkiyə 1-ci liqa təmsilçisi "Ankara Keçiörengücü” və Latviyanın əsas liqasında çıxış edən "Liepaja" klubu Turanın xidmətində maraqlıdır. Artıq tərəflər arasında danışıqların son mərhələsinə start verilib.

22 yaşlı müdafiəçi Türkiyə variantına daha çox üstünlük verir. Amma Türk klubu ilə danışıqlar müsbət yekunlaşmasa, o, Latviya təmsilçisində çıxış etməyə də razılaşacaq.

Xatırladaq ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş