"Sumqayıt” nadir təsadüf edilən hadisəyə səbəb oldu
Azərbaycan Premyer Liqasında bürünc medal qazanan “Sumqayıt” nadir təsadüf olunan hadisəyə səbəb olub.
BrendSport.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri mənfi top fərqi ilə mükafatçılar sırasına düşməyi bacarıb.
Sumqayıtın eyniadlı təmsilçisi cari mövsümdə 30 top vurub və bir top artıq buraxıb. Mənfi saldoya malik komandanın 3-cü olmasında qeyri-adilik axtarmağa dəyməz.
Çünki ilk iki yeri tutan “Neftçi” və “Qarabağ” digər rəqiblərindən o qədər güclü olub ki, müsbət top fərqinə malik 3-cü komanda yoxdur. Yalnız “Zirə”də tarazlıqdırsa, 5 klubda mənfidir.
“Sumqayıt” Azərbaycan çempionatları tarixində mənfi top fərqi ilə medal qazanan 2-ci komandadır. Bunadək yalnız “Səbail” belə unikal göstəriciyə imza atıb. Paytaxt təmsilçisi iki il öncə bürün medal qazanıb. Həmin vaxt komandanın top fərqi 34-37 idi.
Facebook-da paylaş