Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Premyer Liqada 8-10 komanda olsun, amma mübarizə apara bilsinlər"




"Çempionatın səviyyəsi və komanda sayı ayrı-ayrı mövzudur. Premyer Liqada 8 komandayıq və "səviyyəmiz aşağıdır" fikri ilə razı deyiləm".

BrendSport.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "ReSport" verilişində deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komanda sayının artması intriqanın çoxalması anlamına gəlməyə bilər:

"Bu mövzu ilə bağlı mübahisə edə bilərik. Məsələn, bizim çempionatda 10, 12 və 14 komandanın yer aldığı vaxtlar olub. Elə komandalar var idi ki, güclə oyuna çıxırdılar.

Büdcələri çox aşağı olurdu, problemləri var idi. "Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran" kimi komandalar onlar üzərində rahatlıqla 6-7 top fərqi ilə qələbə qazanırdılar.

Burada sayı çox olan elə komandalardansa, 8-10 komanda olsun, amma mübarizə apara bilsinlər. Bu gün "Neftçi" və "Qarabağ" rəqiblərə qarşı çətinlik çəkirsə, deməli, mübarizə var"


Facebook-da paylaş

Xəbəri paylaş