Liderlərin qarşılaşması gərgin idman mübarizəsi ilə yadda qalıb
Kişi hədbolçuların ölkə çempionatında növbəti oyun keçirilib.
BrendSport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, baş mükafata əsas namizədlər – “Məhsul” ilə “Bakı”nın görüşü gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb.
Ötən həftə “Məhsul”a 23:28 hesabı ilə uduzan “Bakı” həmin uğursuzluğun əvəzini çıxıb. Prinsipial qarşılaşma 26:25 hesabı ilə paytaxtı eyni adlı komandasının xeyrinə nəticələnib.
On altıncı xalını qazanan “Bakı” bu qələbə ilə yenidən “Məhsul”un liderliyinə şərik olub. Üçüncü pillədəki “Təhsil”in 6 xalı var. Aktivinə xal yazdıra bilməyən U-16 çempionatın aşkar autsayderidir.
Facebook-da paylaş