Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 25-ə çatıb



Azərbaycan güləş hakimliyi yeni nailiyyət əldə edib.

BrendSport.az
xəbər verir ki, müxtəlif bölgələri təmsil edən Azərbaycan referiləri dərəcələrini artırıblar.

Bəşir İsazadə güləşdə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yüksəlib. Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Xatırladaq ki, bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır.

Daha 2 referi isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Macarıstanın Tatabanya şəhərində keçirilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib.

Bununla da Azərbaycanın beynəlxalq dərəcəli hakimlərinin sayı 25-ə çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş