"Quba" amerikalı basketbolçu transfer edib

“Quba” basketbol komandası daha bir legionerin keçidini həll edib.
BrendSport.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dan olan Kristian Kunsun transferini rəsmiləşdirib.
O, karyerası ərzində ilk dəfə yüksək liqada oynamış olacaq.
Buna qədər isə Kristian “Bransuik Komuniti Kolleci”, “Çovan Universiteti”, “Georgia Southvestern Universiteti” və “Bemidji Dövlət Universiteti”ndə oynayıb.
Facebook-da paylaş
