Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” NBA-da oynamış basketbolçunu transfer edib



Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini daha bir legionerlə gücləndirib.

BrendSport.az
xəbər verir ki, ABŞ-dan olan basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb.

2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən 188 boya malik basketbolçu "Duk Blu Devilz"in heyətində NCCA 1-ci divizionunda çıxış edib.

26 yaşlı oyunçu 2018/2019-cu illər mövsümündə "Miluoki" klubunun heyətində NBA-də debüt edib. O, son mövsümü Türkiyə Super Liqasında mübarizə aparan "Manisa BB" klubunda keçirib.

Trevon Duval 2014, 2015 və 2016-cı illərdə ABŞ millisinin aşağı yaş qruplarının təlim-məşq toplanışına çağırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş