Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: "Neftçi" Zirədə "Sabah"ı qəbul edəcək



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir görüşü keçiriləcək.

BrendSport.az
xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq matçda "Neftçi" "Sabah"la qarşılaşacaq.

“Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "ağ-qaralar" rəqibini başqa stadionda qəbul edəcək.

Sözügedən matç saat 20:30-da başlayacaq.

Roman Qriqorçukun rəhbərlik etdiyi "Neftçi" ilk iki turda heç-heçəyə razılaşıb. UEFA Konfrans Liqasında mübarizəni başa vuran "bayquşlar" isə öncəki iki turda cəmi 1 xal toplayıb.

Qeyd edək ki, ötən gün III tur çərçivəsində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.


Facebook-da paylaş

Xəbəri paylaş