Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub.
BrendSport.az xəbər verir ki, sözügedən qol I turun bu gün keçirilən ilk oyununa təsadüf edib.
Mövsümün ilk dəqiq zərbəsi ardıcıl olaraq “Liv Bona Dea Arena”da qeydə alınıb. Açılış matçında “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica “Araz-Naxçıvan”la səfər görüşünün 6-cı dəqiqəsində fərqlənib.
Ardıcıl IV mövsümdə ilk qola legioner futbolçu imza atıb. Bir il əvvəlki kimi yenə bu qol “Araz-Naxçıvan”la matça təsadüf edib.
Facebook-da paylaş