Azərbaycan Basketbol Liqasında yeni mövsümün gündəliyi müzakirə olunub
Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün gündəliyi müzakirə olunub.
BrendSport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, rəyasət heyətinin üzvləri və klubların nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Gündəlikdə Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa, U-14 liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə müzakirələr yer alıb.
İclasda klub rəsmilərinin fikirləri federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb. Sonda E.Əmrullayev yekun qərarların yaxın günlərdə klub rəsmilərinə bəyan ediləcəyini söyləyərək görüşü yekunlaşdırıb.
Facebook-da paylaş