Abdullah Zubir “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib
Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.
O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.
Qeyd edək ki, A.Zubir 2018-ci ilin yayından “Qarabağ”da forma geyinir.
Facebook-da paylaş