AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
BrendSport.az xəbər verir ki, iclas saat 10:00-da başlayacaq.
İclasın gündəliyinə 2024-cü il üçün AFFA-nın büdcəsi, strategiyası və uşaq futbolu, aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsi, 1-ci və 2-ci Liqada mövcud vəziyyət, “Qəbələ”yə müvafiq yardımın ayrılmasına dair müzakirələr və digər məsələlər daxildir.
Facebook-da paylaş