Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Laçında "Sağlam həyat" günləri layihəsinə yekun vurulub



Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.

Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş