Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA yeni sponsorluq müqaviləsi imzalayıb



Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.

Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.

Sərxan Hacıyev “Misli”nin Azərbaycan futbol ailəsinin yaxın dostu olduğunu bildirib. O, ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Misli” rəhbərliyinə təşəkkür edib.

Osman Karakuş da Azərbaycan futboluna dəstək olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb. O, “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusən də, dünyada ən çox sevilən idman növlərindən olan futbolun inkişafına hər zaman dəstək olduğunu bildirərək əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.

Qeyd edək ki, “Misli” həm də son iki mövsümdür Azərbaycan Premyer Liqasının əsas sponsorudur.


Facebook-da paylaş

Xəbəri paylaş