Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Kuboku: Final matçının biletləri satışa çıxarılıb



Futbol üzrə Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.

BrendSport.az
xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək matç üçün biletlərin qiyməti 5, 10, 15 və 50 manat təşkil edir.

Biletləri hər gün saat 10:30-dan 18:00-a kimi görüşün oynanılacağı “Liv Bona Dea Arena”nın, eləcə də Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar.

Qeyd edək ki, iyunun 2-də reallaşacaq final qarşılaşması saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş