Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinə start verilib.
BrendSport.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən ənənəvi yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə döyüşlər baş tutub.
1/8 final mərhələsi çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycan millisinin 10 boksçusu qələbə qazanaraq 1/4 finala yüksəlib.
Turnirin ikinci günündə 18 döyüş keçiriləcək.
1/8 final
46 kiloqram
Aidos Ussenov (Qazaxıstan) – Əli Əliyev (Azərbaycan) – 5:0
Hüseyn Quliyev (Azərbaycan) – Xudaverdi Abidjanov (Qırğızıstan) – 4:0
Ramiz Danieli (Gürcüstan) – Fərid Quliyev (Azərbaycan) – 3:2
Hikmət Məmmədov (Azərbaycan) – Nurassil Kayrqazi (Qazaxıstan) – 2:3
48 kiloqram
Behultan Xujamjar (Qazaxıstan) – Oğuz Həsənov (Azərbaycan) – 5:0
Səid Aslanzadə (Azərbaycan) – Vaxtanq Todua (Gürcüstan) – 5:0
Dias Saidikarim (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) – 1:4
Ümid Rüstəmov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib.
50 kiloqram
Əflatun İsmiyev (Azərbaycan) – Ülvi Ələkbərov (Azərbaycan) – 0:5
Rassul Seidiş (Qazaxıstan) – İsmayıl Rzayev (Azərbaycan) – 2:3
Zubair Akramov (Qırğızıstan) – Kərim Sultanov (Azərbaycan) – 0:5
Yerdavlet Atayov (Qazaxıstan) – Sergey Zayats (Belarus) – 4:1
57 kiloqram
Akzurek Kalabay (Qazaxıstan) – Təşkilat Quliyev (Azərbaycan) – 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Məhəmmədəli Məmmədli (Azərbaycan) – 5:0
Həsrət Mehdiyev (Azərbaycan) – Nihat Ağayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Şahin Aslanov (Azərbaycan) – Toğrul Quliyev (Azərbaycan) – 5:0
Rizat Tiniştik (Qazaxıstan) – Vasil Nikolayenko (Gürcüstan) – 0:5
Qeyd edək ki, yarışda final döyüşləri mayın 18-də olacaq.
Facebook-da paylaş