Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Basketbol Liqasında final oyunlarının təqvimi açıqlanıb



Azərbaycan Basketbol Liqasının final seriyasında qarşılaşacaq son çempion "Sabah" və debütant "Xəzri" komandaları arasında oyunların tarixi dəqiqləşib.

BrendSport.az
xəbər verir ki, ilk görüş mayın 16-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Seriyanın ikinci qarşılaşması mayın 19-da, üçüncü oyunu isə 22-də olacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, 4-cü və 5-ci matçlara ehtiyac duyulacaq. Oyunlar müvafiq olaraq, mayın 24 və 28-də reallaşacaq.

Qeyd edək ki, bütün matçlar saat 19:30-da başlayacaq. Final seriyasında 3 qələbəyə ən tez çatan komanda isə çempion olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş