Premyer Liqa: “Sabah” “Turan Tovuz”a, “Səbail” çempiona qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun növbəti oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Sabah”la qarşılaşacaq. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da start götürəcək. Bölgə təmsilçisi 36 xalla 7-ci, Bakı klubu isə 40 xalla beşinci sırada yer alıb.
Digər matçda çempionluğunu ötən tur rəsmiləşdirən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Səbail”i qəbul edəcək. Oyun 20:00-da başlayacaq. Qurban Qurbanovun kollektivi 69 xalla turnir cədvəlinə başçılıq edir. “Dənizçilər” isə 36 xalla altıncı pillədə qərarlaşıb.
Ötən gün baş tutan açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura martın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.
Facebook-da paylaş