Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın legioneri Fransa klublarının təklifini qəbul etməyib



“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa klublarının təklifindən imtina edib.

BrendSport.az
xəbər verir ki, bu barədə əlcəzairli yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında deyib.

O, təkliflərin II Liqa təmsilçilərindən gəldiyini bildirib: “Amma özümü aşağı liqa səviyyəsində təsəvvür etmədim. Əla mövsüm keçirirəm və “Qarabağ”da xoşbəxtəm. Planladığımız nəticələrə nail oluruq”.

Qeyd edək ki, Yassin Benzia bu mövsüm Ağdam təmsilçisinin heyətində ümumilikdə 41 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş