Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin zədəli oyunçularının son durumu açıqlanıb



Azərbaycan Premyer Liqasının XXVI turunda "Kəpəz"lə matçdan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.

BrendSport.az
xəbər verir ki, "ağ-qaralar" səfər oyununda 3 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır. Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.

Qeyd edək ki, "Kəpəz" - "Neftçi" görüşü martın 9-da, saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş