Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Süni meydançada oynamaq çətindir



"Çox vacib qələbə qazandıq. Qarşımızda istəkli komanda var idi. Qələbəyə görə futbolçularımı təbrik edirəm".

BrendSport.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis süni meydançada oynamağın çətin olduğunu söyləyib: "Səbail" bu cür örtükdə oynamağa öyrəşib. Amma mən bunu bəhanə etmirəm. Futbolçularım istədiklərimi meydanda yerinə yetirdi".

O, UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyunlarda heyətdə ciddi dəyişikliklər etməyəcəyini vurğulayıb.

Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergünün matçı stadiondan izləməsinə də münasibət bildirən Q. Qurbanov əlavə edib: "Bu barədə məlumatım yox idi. Azərbaycana xoş gəlib".

Təcrübəli çalışdırıcı rusiyalı baş məşqçi Murad Musayevin "Sabah"la yollarını ayırmasına da toxunub: “Güclü məşqçidir. Təəssüf ki, Musayev kimi istəkli mütəxəssis Azərbaycandan getdi. Ona qarşı oynamaq mənim üçün xoş idi. Ancaq verilən qərarlar bizdən asılı deyil".


Facebook-da paylaş

Xəbəri paylaş