“Araz-Naxçıvan” özünə yeni rəqib tapıb
“Araz-Naxçıvan” qış təlim-məşq toplanışında özünə yeni rəqib tapıb.
BrendSport.az xəbər verir ki, komanda “Qəbələ” ilə yoxlama görüşündə üz-üzə gələcək.
Baş məşqçi Azər Bağırov yanvarın 12-dən 16-dək Qəbələdə baş tutacaq hazırlıq dönəmində “Kəpəz”lə qarşılaşmada kollektivini sınamalı idi. Lakin gəncəlilərin Qəbələyə yollanmaqdan imtina etməsi Naxçıvan klubunu alternativ varianta vadar edib. Razılığa əsasən, “Araz-Naxçıvan” “Qəbələ” ilə görüşü yanvarın 15-də reallaşacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 26 xalla 6-cı, “Qəbələ” isə 14 xalla 10-cu pillədə qərarlaşıb.
Facebook-da paylaş