Əsas Səhifə > Ölkə idmanı > “Araz-Naxçıvan” özünə yeni rəqib tapıb

“Araz-Naxçıvan” özünə yeni rəqib tapıb


1-01-2024, 15:00


“Araz-Naxçıvan” qış təlim-məşq toplanışında özünə yeni rəqib tapıb.

BrendSport.az
xəbər verir ki, komanda “Qəbələ” ilə yoxlama görüşündə üz-üzə gələcək.

Baş məşqçi Azər Bağırov yanvarın 12-dən 16-dək Qəbələdə baş tutacaq hazırlıq dönəmində “Kəpəz”lə qarşılaşmada kollektivini sınamalı idi. Lakin gəncəlilərin Qəbələyə yollanmaqdan imtina etməsi Naxçıvan klubunu alternativ varianta vadar edib. Razılığa əsasən, “Araz-Naxçıvan” “Qəbələ” ilə görüşü yanvarın 15-də reallaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 26 xalla 6-cı, “Qəbələ” isə 14 xalla 10-cu pillədə qərarlaşıb.
Geri qayıt