Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəşad Sadıqovun yubiley qələbəsi, “Səbail”dən tarixi göstərici



“Səbail” Azərbaycan Kuboku tarixində ilkə imza atıb.

BrendSport.az
xəbər verir ki, Şahin Diniyevin yetirmələri iki ardıcıl oyunda fərqli rəqiblərin qapısına 6 və ya daha çox qol vurmağı bacaran ilk komanda olub.

Bakı klubu II təsnifat mərhələsində “Şəfa”nı 7:0, 1/8 finalda isə “Şamaxı”nı 6:0 hesabı ilə məğlub edib. 1992-ci ildən keçirilən Azərbaycan Kubokunda bunadək yalnız üç komanda ardıcıl iki oyunda 6 və ya daha çox qol vurub.

Lakin həmin komandalar eyni rəqiblə mərhələnin hər iki matçında məhsuldarlıq göstərib. 2003/04 mövsümündə “Şəfa” “Lider-Qarabağ”ı (14:0, 8:1), dörd il sonra “Gənclər birliyi” “Ədliyyə”ni (6:1, 6:0), növbəti turnirdə “Simurq” Quba “Şahdağ”ını (7:1, 8:0) iki dəfə məğlubiyyətə uğradıb.

“Zirə” isə Rəşad Sadıqovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb. Bu, həm də baş məşqçi karyerasında yalnız bir klubu çalışdıran 41 yaşlı mütəxəssisin 50-ci uğuru olub.

Yubiley Azərbaycan kubokunun 1/8 final mərhələsindəki “Turan Tovuz”la matça təsadüf edib. Qəsəbə klubu ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.

O, 2020-ci ilin yayından rəhbərlik etdiyi “qartallar”ı ümumilikdə 125-ci qarşılaşmaya çıxarıb. Paytaxt təmsilçisi mütəxəssisin rəhbərliyi altında 26 dəfə evdə, 24 dəfə səfərdə qalib gəlib.

Sadıqovun baş məşqçiliyi altında ilk qələbə 2020/2021-ci illər mövsümündə qeydə alınıb. Zirəlilər 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər görüşündə 2:1 hesabı ilə qalib gəliblər.


Facebook-da paylaş

Xəbəri paylaş