Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman dırmanması üzrə “Zəfər Kuboku” turniri keçirilib



İdman dırmanması üzrə “Zəfər Kuboku” turniri keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, “AzerGold” QSC-nin dəstəyi ilə baş tutan yarış Vətən müharibəsində qazanılan şanlı qələbənin üçüncü ildönümünə həsr olunub.

Ağ şəhərdə yerləşən İdman Dırmanma Kompleksində gerçəkləşən turnirdə uşaqlar, yeniyetmələr və gənclər 3 yaş kateqoriyası və çətinlik növü üzrə mübarizə aparıblar.

Yekunda hər yaş kateqoriyasına uyğun olaraq ilk 3 yerin qalibi diplom və medallarla mükafatlandırılıb.

Yarışın keçirilməsində məqsəd Azərbaycanda idman dırmanmasını inkişaf etdirmək, uşaq, yeniyetmə və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdir.


Facebook-da paylaş

Xəbəri paylaş