“Koreya səfiri kuboku” keçiriləcək
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” turniri keçiriləcək.
ATF-dən verilən məlumata görə, sayca dördüncü olan yarış 4-5 dekabr tarixlərində Azərbaycan Boks Federasiyasının idman zalında təşkil ediləcək. Yarışın keçirilməsində məqsəd, respublikamızda taekvondo idman növünün təbliği, inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılması, gənclərdən ibarət yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, eləcə də Azərbaycan Respublikası və Koreya Respublikası arasında idman sahəsi üzrə əlaqələrin inkişafıdır.
Turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2002-2004-cü il təvəllüdlü gənc idmançıları mübarizə aparacaqlar. “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom və medallarla mükafatlandırılacaqlar.
Xatırladaq ki, 2015-ci ildən keçirilən bu turnir ilk dəfə olaraq Qubada, Qəbələdə və Sumqayıt şəhərində keçirilmişdir.
Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi
Facebook-da paylaş