Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Sabah" "Kəpəz"i, "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, ilk olaraq "Sabah" "Kəpəz"i qəbul edəcək.

Dörd xala malik tərəflər 8-9-cü yerləri bölüşdürürlər. Paytaxt təmsilçisi rəqibindən bir görüş az keçirib.

Günün digər matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Komandaların hər birinin 10 xalı var və 4-5-ci yerləri bölüşdürürlər.

Azərbaycan Premyer Liqası, VII tur
17:00. “Sabah” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

19:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”

Qeyd edək ki, daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş