Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: “Sumqayıt” 2 ildir “Sabah”a qalib gələ bilmir



“Sumqayıt” Azərbaycan Premyer Liqasının II turunda qarşılaşacağı “Sabah”a 2 ildir qalib gələ bilmir.

BrendSport.az
xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində bakılılarla çempionat çərçivəsində gerçəkləşən 7 oyunun yalnız birində heç-heçə etməklə kifayətlənib.

Maraqlıdır ki, “Sumqayıt” sonuncu dəfə 2021-ci ilin məhz avqustunda rəqibini üstələməyi bacarıb. Həmin vaxt paytaxt təmsilçisi səfərdən 0:2 hesablı məğlubiyyətlə dönüb. Ancaq sonrakı 7 qarşılaşmanın 6-da “Sabah” böyükhesablı qalibiyyət əldə edib. “Sumqayıt” bunun üçündə 0:3, ikisində 0:4, birində isə 0:6 hesablı məğlubiyyətlə üzləşib.

Ümumiyyətlə, avqustun 13-də keçiriləcək matç tərəflərin ölkə çempionatında 20-ci dueli olacaq. İndiyə qədər “Sumqayıt” 6, “Sabah” isə 10 dəfə qələbə sevinci yaşayıb. Digər 3 görüşdə heç-heçə qeydə alınıb. Bakılılar rəqibdən təxminən iki dəfə çox qol vurublar. Belə ki, “kimyaçılar” 19 qolla yadda qalıblarsa, 37 dəfə özləri mərkəzə dəvət ediliblər.

Qeyd edək ki, avqustun 13-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Sabah” oyunu saat 21:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş