Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Julio Romao: "Qarabağ"ın ÇL-də qrup mərhələsinə yüksəlməsinə yardımçı olacağam"



"Ümid edirəm ki, yaxşı oyunlar keçirəcəyəm və komandamın UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə yüksəlməsinə yardımçı olacağam".

BrendSport.az
xəbər verir ki, bunu "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao ölkəsinin "İstoe" nəşrinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi ilk dəfə qitənin bir nömrəli klub turnirində çıxış edəcəyini söyləyib: "Bunun üçün motivasiyam var. Burada mübarizə aparmaq mənim üçün çox özəldir. Hər bir oyunçu bir gün orada oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik. Artıq Avstriyada təlim-məşq toplanışına start vermişik. Məqsədlərimizə nail olmaq üçün çox çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş