“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün üçüncü mərhələ keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.
BrendSport.az xəbər verir ki, bu gün turnirin üçüncü mərhələsi keçiriləcək.
Velosipedçilər yenə Qəbələdən yarışa start verəcəklər. Ancaq bu dəfə finiş Gəncədə olacaq. 12 komandanın üzvləri 170 km məsafəni birinci qət etmək uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb.
Facebook-da paylaş