“Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb.
BrendSport.az xəbər verir ki, velosipedçilər Qəbələdən mübarizəyə başlayıblar.
12 komandanın üzvləri 170 km məsafəni qət edərək, Gəncədə finişə birinci çatmağa çalışacaqlar.
Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb.
Facebook-da paylaş