Çimərlik futbolu üzrə Azərbaycan millisinin Antalya toplanışı üçün heyəti açıqlanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının aprelin 30-da Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
BrendSport.az xəbər verir ki, 8 gün davam edəcək hazırlıq prosesinə 16 futbolçu cəlb olunub. Onlardan 3-ü qapıçı, 13-ü isə sahə oyunçularıdır.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə, Kamran Qürbətov.
Qeyd edək ki, Azərbaycan seçməsi toplanış müddətində Türkiyə yığması ilə üç yoldaşlıq oyunu keçirəcək.
Facebook-da paylaş