Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Basketbol Liqasında XXVII tura yekun vurulub




BrendSport.az xəbər verir ki, bağlanış oyununda "Olimpik Şəki" doğma azarkeşlər önündə pley-offa vəsiqə qazanmış "AAAF Xırdalan" basketbolçularını qəbul edib.

Matçın ilk dövrəsindən üstünlüyü ələ keçirən qonaqlar 113:79 hesablı asan qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular "Olimpik Şəki"dən Larri Robinson (19 xal, 8 ribaund), "AAAF Xırdalandan isə Deymon Makdouel (23 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında sonuncu - XXVIII turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində "AAAF Xırdalan" müntəzəm mövsümü lider tamamlamış "Sabah"la, paytaxt klubu "NTD" isə region təmsilçisi "Gəncə" ilə qarşılaşacaq


Facebook-da paylaş

Xəbəri paylaş