Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoçularımız açıq Avstriya çempionatında iki medal qazanıblar

Taekvondoçularımız açıq Avstriya çempionatında iki medal qazanıblar

İnsbrukda keçirilən taekvondo üzrə açıq Avstriya çempionatı başa çatıb. Azərbaycan millisi G1 kateqoriyalı beynəlxalq yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.

BrendSport.az
Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionatda çıxış edən yığmamızın heyətində Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək, Avstriyada Azərbaycan himnini səsləndirib.

Komandamızın aktivinə digər mükafatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançımız mübarizəyə səkkizdəbir finalda Polşa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan T.Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb və rəqib qələbə qazandığından təmsilçimiz bürünc medala sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş