"Vaxtilə mən özüm o yolu keçmişəm"
Süleymanov Azər Ağəli oğlu Beyləqən rayonunun Yeni Mil kəndində anadan olub. 1996 -1999 illərdə ordu sıralarında olub. Taekvando idman növü üzrə III dan və I dərəcəli məşqiçi-məllim, hakim və idman ustasıdır.
Süleyman Süleymanov, Səadət Abasova, Səadət Səfərova, Kənan Mahmudov, Amin Məmmədov, Müşviq İbrahimli kimi digər yetirmələri perspektivli taekvondoçular arasında göstərilir.
Azər müəllimin dediklərindən:
"Zala gələn hər bir uşaq gələcəyin idmançısıdır. Onlara bu yolda biz müəllimlər daim dəstək olmalıyıq. Vaxtilə mən özüm o yolu keçmişəm. İndi isə oğlum və qızım davamçılarım sırasındadır. İdman tam bir başqa bir aləmdir. Bütün idmançılara uğurlar arzulayıram".
Alxas Məmmədov
Facebook-da paylaş