Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ailədə, məktəbdə idman təbliğ olunmalıdır"



Süleymanov Azər Ağəli oğlu Beyləqən rayonunda anadan olub.Orta məkbi bitirən kimi 1996-cı ildə ordu sıralarında xidmət edir.

BrendSport.az saytı xəbər verir ki, taekvondo idman növü üzrə 3-cü dan qara kəmər sahibi və 1-ci dərəcəli məşqçi-müəllimdir. Milli komandalar səviyyəli hakim və idman ustasıdır.

Parataekvondo üzrə dünya çempionu və ikiqat Avropa çempionu Aynur Məmmədovanın müəllimidir. Yetirmələri Süleyman Süleymanov, Zeynəb Abasova, Səadət Səfərova, Səadət Mahmudova, Kənan Amin Məmmədov və İbrahimli Müşviq müxtəlif yarışların qalibləridir.

Azər müəllim deyir ki, "indiki gənclərin kompüter, telefondan uzaq və eyni zamanda sağlam olmaları üçün idman ən yaxşı vasitədir. Oturaq həyat tərzini gənclərimizi internet bağlayır. Bu isə gələcəyiniz üçün faciədir. Məncə, artıq cəmiyyətimiz buna reaksiya verməlidir. Ailədə, məktəbdə idman təbliğ olunmalıdır."

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş