Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



III Avropa Oyunları: Taekvondoçumuz Taleh Süleymanovun ilk rəqibi müəyyənləşib

III Avropa Oyunları: Taekvondoçumuz Taleh Süleymanovun ilk rəqibi müəyyənləşib

Polşada keçirilən III Avropa Oyunlarının taekvondo yarışlarında sonuncu günün püşkü atılıb. İyunun 26-da dayanq üzərinə çıxacaq Azərbaycan millisinin üzvü Taleh Süleymanovun (87 kq) da ilk rəqibi bəlli olub.

BrendSport.az
xəbər verir ki, o, səkkizdəbir finalda yunanıstanlı Aleksander Baçmanla üz-üzə gələcək. Taekvondoçumuz mərhələ adlayacağı halda Raul Qarsiyaya (İspaniya) rəqib olacaq.

Taekvondo üzrə milli komandamızın hesabında hələlik iki medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə ediblər.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş