Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Joze Alesio Da Silva: Azarkeşlərin təzyiqi üzərimizdə idi

Joze Alesio Da Silva: Azarkeşlərin təzyiqi üzərimizdə idi

Oyuna yaxşı başladıq və iki real qol epizodu yaratdıq. Təəssüf ki, həmin epizodlardan istifadə edə bilmədik. Halbuki, məşqlərdə də demişdim ki, bu cür oyunlarda kim şansından tez istifadə etsə, ilk qolu vursa, qalib olacaq.

BrendSport.az
xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının əsas mərhələsinin sonuncu turunda Polşa millisinə səfərdə 2:7 hesabı ilə məğlub olan Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva söyləyib.
Braziliyalı mütəxəssis bildirib: “Biz epizodları qaçırdıq, əvəzində qapımızdan qol buraxdıq. Daha sonra səhvə yol verdik və fərq artdı. Əgər dünya çempionatında oynamaq istəyiriksə, bu cür “hədiyyə” verməməliyik, əksinə, diqqətli olmalıyıq. Azarkeşlərin təzyiqi üzərimizdə idi. Fasilədən sonra fərqi azaltdıq və nisbətən sakit oynamalı idik. Uşaqlara müdafiədə daha təmkinli davranmağı tapşırdım. Ancaq oyunçular hücuma keçirdi. Sanki oyun intizamından qopduq.

“Sonadək mübarizə aparmaq lazım idi. Hesabda fərq yarandıqca məcbur olub risk etdik. Təəssüf ki, “beşinci” oyunçu ilə də onların fərqlənməsinə mane ola bilmədik”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan millisi qrupu ikinci sırada başa vurub.


Facebook-da paylaş

Xəbəri paylaş